Çərşənbə, 15 May

"Taliban" İranla ANLAŞDI: yaxın günlərdə başlayacaq

image

"Taliban" hökumətinin Maliyyə Nazirliyi İrandan 350 min ton neft alınması ilə bağlı Tehranla əldə olunan razılaşmanı açıqlayıb.

Xəbər verilir ki, bu barədə şənbə günü "Aamaj News" xəbər agentliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin nəşr etdiyi bülletendə deyilir ki, Tehranda keçirilən danışıqlarda dövlət neft-qaz şirkəti, Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi, Mərkəzi Bank, Normlar və Standartlar Departamentinin birgə nümayəndə heyətinin üzvləri iştirak ediblər.

İranın səhmdar cəmiyyəti ilə 350 min ton neftin alınmasına dair müqavilə imzalanıb. Onun Əfqanıstana idxalı yaxın günlərdə başlayacaq.

Bundan əlavə, "Taliban" nümayəndə heyəti İran rəsmiləri ilə neft məhsullarının qiyməti, keyfiyyəti, alışı və tranziti ilə bağlı danışıqlar aparıb.

Bülletendə bildirilir ki, Taliban və İran hakimiyyəti hökumətlərarası müqavilələr, birgə neft emalı zavodlarının tikintisi, neft kəmərlərinin tikintisinin davam etdirilməsi, eləcə də uzunmüddətli müqavilələrin həyata keçirilməsi üzrə birgə komitənin yaradılması barədə də razılığa gəliblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00